Advertisment

“Heç kim bizə qazı və nefti haradan əldə edəcəyimizi deməsin” - Fitso və Orban

Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fitso ABŞ və Avropanın Rusiya neftindən imtina etməsi üçün onlara edilən təzyiqlərə etiraz ediblər.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg xəbər verib.

Robert Fitso Macarıstanın Esterqom şəhərində deyib: “Heç kim bizə qazı və nefti haradan əldə edəcəyimizi deməsin, çünki beynəlxalq hüquqa görə, enerji mənbələrini müəyyən etmək ölkənin suveren hüququdur”.

O, Orbanın fikirlərini təkrarlayaraq Avropa Birliyinin Rusiya enerji təchizatını kəsmək istəyini bütün Avropaya zərər verəcək “siyasi və ideoloji qərar” adlandırıb.

Hər iki baş nazir qeyd ediblər ki, “Drujba” kəməri ilə Rusiya neftinin tədarükünü kəsmək iqtisadi və texniki baxımdan qeyri-mümkündür. Çünki onların dənizə çıxışı olmayan statusu Rusiya enerjisindən asılılığını azaltmaq imkanlarını məhdudlaşdırır.

Bəxtiyar CƏFƏRLİ