Advertisment

Almaniya donanması yeni nəsil freqatların alışını artıracaq

Almaniya Hərbi Dəniz Qüvvələri yeni nəsil F127 freqatlarının sayını artırmağı planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə etibarlı mənbələr Hartpunkt-a məlumat verib.

Əvvəl 5 və ya 6 gəminin alınması nəzərdə tutulurdusa, indi 8 ədəd alınacaq. F127 layihəsində TKMS tərəfindən hazırlanmış MEKO A-400 AMD dizaynından istifadə ediləcək.

Mənbələrin bildirdiyinə görə, tezliklə sualtı qayıqlara qarşı döyüş üçün optimallaşdırılmış F126 freqatlarının alınması ilə bağlı gələcək addımlar barədə də qərar gözlənilir.

Bəxtiyar CƏFƏRLİ