Hindistan hökuməti Rusiyadan əlavə S-400 “Triumf” və ya yeni nəsil S-500 “Prometey” sistemlərini almaqla hava hücumundan müdafiə raket arsenalını genişləndirməyi düşünür.
Herbiand.az bildirir ki, bu barədə “The Print” xəbər verib.
Məlumata görə, daha çox S-400 hava hücumundan müdafiə sistemlərinə tələbat var. Çünki bu sistemlər Pakistandakı terror hədəflərinə qarşı Hindistanın may ayında “Sindur” əməliyyatı zamanı yüksək effektivlik göstərib. Bundan başqa, mənbələr nəzərdən keçirilən variantlar arasında S-500 sisteminin də adını çəkib.
Hindistan hökumətindəki mənbə qəzetə açıqlamasında deyib: “S-400 “Sindur” əməliyyatında özünü çox yaxşı sübut etdi və böyük çəkindirici potensiala malikdir. Bəli, biz bu sistemlərdən daha çoxunu almağı düşünürük. Ya da S-500”.
Bəxtiyar CƏFƏRLİ