Advertisment

“Rusiya qoşunları Donetskin bütün cənub hissəsini azad edib” - Rusiya Qəhrəmanı

Rus qoşunları DXR-in (Ukraynanın Donetsk vilayəti – red.) bütün cənub hissəsini azad edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qüvvələr qrupunun 5-ci qvardiya motoatıcı briqadasının komandirinin müavini, Rusiya Federasiyasının Qəhrəmanı İlya İvanov Kuraxovo kəndində məlumat verib.

“Biz sizinlə 5-ci briqadanın 2025-ci ilin yanvarında azad etdiyi Kuraxovo kəndindəyik, bundan sonra qoşunlar 60 kilometrdən çox irəliləyiblər, ona görə də biz indi Dnepropetrovsk vilayətində fəaliyyət göstəririk”, - İvanov deyib.

O vurğulayıb ki, 2025-ci ilin yanvarından sentyabrın sonuna qədər Rusiya Silahlı Qüvvələri 4714 kvadrat kilometr ərazini azad edib. Bu ərazinin ən böyük hissəsi - 3300 kvadrat kilometrdən çox - DXR-ə addir. Xarkov vilayətində irəliləyiş təxminən 540 kvadrat kilometr, Sumidə təxminən 220, Dnepropetrovskda isə təxminən 175 kvadrat kilometr olub.

Bəxtiyar CƏFƏRLİ