Advertisment

Polşada hərbi dron kənd poçt xidməti maşınına çırpılıb

Polşanın mərkəzində hərbi dron kənd poçt xidməti maşınına çırpılıb.

Herbiand.az-ın RMF24 radiosuna istinadən məlumatına görə, dron operatorla əlaqənin kəsilməsi səbəbindən qəzaya uğrayıb.

Zədələnmiş poçt maşını ilə bağlı yerli poçt xidməti Mülki Məcəlləyə əsasən kompensasiya tələb edib-etməmək barədə özü qərar verəcək. Həmçinin bildirilir ki, dronun operatorunun belə hallarla bağlı sığortası var.

Təyyarə 2 nömrəli hərbi təyyarə zavoduna aid olub. Hərbi mənsubiyyətinə baxmayaraq, dron təlim dronu olub, onun operatoru isə təlim uçuşu həyata keçirirdi.

Bəxtiyar CƏFƏRLİ