Advertisment

Kolumbiya ABŞ-ın sanksiyalarına görə Mi-17 helikopterlərini təmir edə bilmir

Kolumbiya Silahlı Qüvvələri Rusiyanın Mi-17 çoxməqsədli nəqliyyat helikopterlərində texniki xidmətin olmaması səbəbindən genişmiqyaslı əməliyyatlar aparmaq qabiliyyətini itirib.

Herbiand.az xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro bildirib.

Ölkə başçısı ABŞ rəhbərliyini Rusiya şirkətləri tərəfindən aparılan adi texniki xidməti pozmaqda günahlandırıb: “Ukraynadakı münaqişənin başlanğıcından bəri helikopterlər ABŞ-ın hərəkətləri səbəbindən rus mütəxəssisləri tərəfindən texniki xidmətsiz qalıb. Nəticədə ordu hazırda genişmiqyaslı əməliyyatlar aparmaq qabiliyyətini itirib”.

Kolumbiya lideri Cənubi Amerika respublikasının silahlı qüvvələrinin ixtiyarında Rusiyanın Mi-17 helikopterlərinin olduğunu xatırladıb.

Aprel ayında yerli Radio Caracol radiostansiyası ABŞ hakimiyyətinin hərəkətləri səbəbindən təxminən 20 helikopterin hələ də texniki xidmətsiz qaldığını bildirib.

Bəxtiyar CƏFƏRLİ