Advertisment

“Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı məlum olub

Cari ilin 10 ayında Bakı metropoliteninin “Əlçatan metro” xidmətinə 1121 sifariş daxil olub, 1113 sərnişin xidmətin imkanlarından istifadə edib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib.

Qeyd olunub ki, “Əlçatan metro" layihəsindən istifadə etmək üçün ən azı 1, ən çoxu 24 saat əvvəlcədən metropoliten üzrə növbətçiyə (+994 50) 268 00 65 nömrəsinə zəng edə, mesaj göndərə və ya “Playmarket”-dən, “Appstore”-dan, “Bakumetro” tətbiqindən xidməti sifariş etmək laızmdır. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə ən azı 20 dəqiqə əvvəl məlumat verilməlidir.

Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilərlər.