Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bayram Aslanov və Rəşad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Herbiand.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Bayram Aslanov 8 il, Rəşad Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 182.3.2 - ci və 228.1 -ci maddəsi ilə cinayət işi açılıb. Cinayət işində 3 nəfər- Abdullayev Şirin Tapdıq oğlu, Şıxıyev Rasim Bəyoğlan oğlu və Quliyev Emin Faiq oğlu zərərçəkmiş qismində tanınıblar.