Şəhinur Omarova
1998-ci il 23 sentyabrda Daşkənd şəhərində anadan olub.
Özbəkistan Yazarlar Birliyi tərəfindən “Payız” adlı şeirlər toplusu nəşr olunub. Dünya ədəbiyyatı nümayəndələrinin əsərlərini ingilis və rus dillərindən özbəkçəyə tərcümə edib.
TUTQUN
Firüzə bacıma
bacı,
bu ölkənin küləkləri tutqun,
hətta quşları da deyil ki azad.
torpağı səmaya baxırkən səssiz –
otuz beş ildir ki çəkəcək fəryad:
(dağlar silkələnir, tozlanır torpaq)
“mən hür məqamına layiq deyiləm!
salamat qalanlar və
torpaq yudamayanlarin –
iyrənc qoxusunu duymurmu bu xalq?”
bacı,
bax, mənim də xəyallarım tutqun,
getdikcə kiçilər, azalır ərkim.
təmiz ürəyindən şeirlərinə axan
incə ağrıların gəlir tərməyim…
sənin əlin sölür, qandır mənim dizim,
bir həzin baxırıq məhzun Vətənə –
niyə bütün deyil, yaralı, yarımçıqlar
canını vermək istəyir Vətənə?
arxada bir Vətən var,
bacı,
sənin kimi qəmli,
ögey qardaşından yumruq yemiş adam.
gözlərinə duzlu qumlar sancılıb,
göz yaşlarını bircə siləlim onun…
bacı,
bu ölkənin küləkləri tutqun…
SORĞU
sən kimsən,
bir kölgə axtarıb səhra bağrında
durursun mənzilsiz bir sərban kimi.
ilahi sirr titrəyir baxışlarında –
oyanıb onu ifşa etmək istəyi:
sən kimsən?
ananın ürəyi – bir ovuc torpaq,
atan göz yaşına qarılmışmıdın?
beşiyində qanad izi var, yoxsa
əslində quş kimi doğulmuşmudun?
sən kimsən?
yuxusunu yelləyib, eşq gəlişinə
dözümündən döşək toxuyan qadın,
günəşin yoluna su səpib, sübhün
başına atarsan ipək bir yaylıq,
sən kimsən?
iki gözmuncuqdur – bəxtin müjdəsi
isti nəfəsindən qəlbin isinib.
biri çiynindədir, biri əlində –
azadlığını da udur köksündən.
sən kimsən?
…sən öz şəklini çəkmək istəyirsən,
molbert qarşısında durub qətiyyətlə.
əlində boyalar – hazırsan, hazır,
fırça diləyirsən yalvararaq Allaha
və susursan…
İKİ ŞEİR
1
asta sürüyüb gəldin köhnə çarığını,
aharini yuyan dərd yağışında.
boynumda – xurcunum dolu ağrım var,
görüşdük
ömrümüz zəmhərirində.
ey yar,
baharımız gəldi kədərli,
aman da vermədi bu əbri nəysan.
şübhələr boğaza bıçaq tutsa da,
Allah yazdığına gətirdik iman.
Bu fani dünyada niyə sıxıldıq?
istiğfar qəlbimiz ləkəsin yuyar –
cırıq çarığını alova atdın,
ağır xurcunumu buraxdım suya.
2
günü gec edərəm.
oxşanacaq vaxt,
gecə gətirirsən yenə qoynunda.
köynəyin ilgəyə asır səadət,
həsrətim asılar yenə boynundan.
bu yollar gah qara,
gah ağdır – nurlu,
onlar səni məndən yaxşı tanıyır.
yorğunluq – bədənin saran sarmaşıq,
yorğun yuxularında gəzəydim kaş ki.
sinəndə dan kimi doğacaq günəş,
iki dan ulduzu yatar qoynunda.
köynəyin uzadar səadət,
gözündə yaş,
həsrətim daha bərk sıxar boynundan.
səndən soruşaram bəxtin rəngini,
deyərsən: “o – səhər, elə saf, sərin”.
yola çıxarsan və baxarsan qəmli:
“getdiyim yer sənsən,
sən dönər yerim...”
* * *
1
Bağışla,
mən bir ağac olmaq istəmişdim,
və çiçəkləyəcəkdim baxaraq sənə.
meyvələrimlə bəsləyim demişdim,
ancaq eşq versəydin köklərimə də.
amma sən
erk haqqında düşünərdin,
ağ xəyallarım elə sönərkən qərib,
nəğmələrim çalinmadan susarkən,
baxardın
bir Xöşbəxt işıq axtarıb.
2
Mən sanki keçmişdə pas atmış hissəm,
illər küləyində uçacaq yuxum.
ruhuma min libas biçdi bu qısmət,
onu bir quş kimi yaratdı Rəbbim.
anladıqca məni səsləyir göy də,
anladıqca çiçəkləyir həyatim.
solğun damarımda yəriyəcək qan,
çiyinimi qan edib çıxır qanadım.
uçuram
gah dağlar qarını sovurub,
gah dəniz suyundan titrər bədənim.
baxırsan
qorxudub qoymayım deyə,
üzümdə də erki görürsən, canım.
gərçi qəlbdə hər an qürur duyuram,
mavi göy üzündə azad, sərxoşam.
bəlkə inanmazsan,
Əzizim,
hələ –
bir ağac olmağı istəyən quşam.
3
Bağışla,
mən bir ağac olmaq istəmişdim,
və çiçəkləyəcəkdim baxaraq sənə.
ALTSQEYMER
Nənə, xatırlayırsanmı
atamın həyətini,
süpə kənarındakı reyhan qoxusunu?
asmaya yayılmış üzümlər
və onların arasında olan
günəş nurunun çay kimi parıltısını?
xatırlayırsam gözümün önünə gəlir
səni qucaqlayan şən uşaqlığım.
yada salırsanmı,
mənə nəzər dəyməsin deyə
düymə sancdığın balaca ayaqqabım,
gülzarı tozladıb kəpənək qovuşum…
və daha başqa şirin xatirələr.
ağrısam, sığallayardın
üç tikə çörəklə.
Nənə, niyə o günlər
mənə elə yaxın görünür?
Sənə isə necə də uzaq…
xatırlayıb sevinmək istəyirsən!
axtarırsan qaranlıq otaqda
səhifəbə-səhifə
xatirə kitabına baxaraq.
Nənə, içimə çökür
üzündəki qırışların qırıntısı,
göz yaşını gizlədən atamın
çəltilikləri titrədən ah vuruşu.
vaxt
o çəltiliklərdə gəzər azaraq,
guya alaxası yox tək dünyaya.
mən isə bu günə qədər
itkinin dadını bilməmiş biri,
gəzirəm azaraq.
ağrıyıram,
sığallayarsanmı, Nənə,
sığallayarsanmı…
TƏSƏLLİ
Gözlərinizdə görürəm, əzizim,
bir həsrət var –
ayağımız dəyməmiş yurdlar həsrəti,
dənizlər,
sahilər həsrəti –
danışmadığımız mövzular kimi sonsuz,
dinləmədiyimiz nəğmələr kimi sakit,
və gözəl,
mənim yazılmamış şeirlərim qədər.
Gözlərinizdə görürəm, əzizim,
siz mənə deyə bilməmiş sözlər
batır, batır daha qəlbinizə dərin,
qopmuş bir çiçəyin
suya həsrət qalan kökü kimi.
yüzlərlə təşəkkürlər,
minlərlə “sevirəm”lər,
eşq etiraflarını –
qoxusun duyuram dodağım toxunanda –
qəlbiniz – böyük gülzar.
bəlkə buna görə sevirəm sizi.
“TÜRKISTAN LEGIONU”NDAN MƏKTUB
Türk qövmüm, mən keçmişin səsiyəm – müztərib,
o parlayan vərəqli kitablara inanma.
Yarpağına zərər dəysə oyanacaq kökləri –
Soyununa su verməz mirablara inanma.
Köz oldum, qəlbi qisas alovunda yandırdım,
sənə əsrlik arzumu miras kimi buraxdim.
Hənuz cədidlər ahı çırıldayır boğazında?
ayrı bir məzarı yox şəhid aydın, şairin…
Yetmiş günün əzabı – sızlayırmı köksündə –
qorbaşıya sancılan qurğuşunun ağırı?
Sinəndə elə böyük ağrını heç söndürmə,
dağ tək uca başını əyməyə alıştırma!
Bax, tapdalmış namus da, itirilmiş ixtiyar,
“Məğlubam” deyə dikən bayrağa inanma.
Dönmə, itilənməmiş qılıncsan, o hiyləkar,
asla onların yalan qəyrağına* inanma:
Erkinə sərhəd çəkən məkrli, şaxta ağalar,
zalım Böyük ağalar, ögəy, saxta ağalar.
Düşmənim düşməninə əl verməyim – xətadir,
yuxuda viran deyil, abad idi Türküstan.
(ah, illərin şübhəsi imanım yaralayır!)
qucağında türklər var, azad idi Türküstan.
Mən müqəddəs Turana azadlıq dilədim,
Mən müqəddəs Turana ali birlik dilədim…
* * *
Məgər zilal deyə içdiyim – şərab,
Məgər şeytana da “siz”ləmişəm mən?
Mən kimin önündə elədim təvaf,
Kimin gözlərini axtarmışam mən?
Min kərə qanadım qırıldı yenə,
Min kərə mənzildən azmısaç hətta.
Bəlalar içindən qurtuldum təkcə
Sənin yadın ilə, ey Simurğnəma.
Ey göyün köşkünə gizlənmiş məva,
Əbədi rahatım,
Nusrətim,
Yarım,
Bəzən üfüq ardında itən,
Bəzən –
Qara gecəmdə də olan Sitarim.
Bütün tilsiminə oluram təslim,
Neyləyim,
Baş üzrə fırlanır açun –
Doyub ağlamağa çatmaz bu ömrüm
Axı sənsiz keçən anlarım üçün…
PAYIZ XƏYALLARI
Pəncərəmdən boylandı payız,
Baxışlarım birdə qocaldı.
Bir ah ilə qopan yarpağın
Qucağında incə şeh vardı.
Behilərin ətiri, e-vah,
Oğurladı həlavətimi.
O çatlamış narlar içində,
Gördüm yayın böydüğünü.
Xiyabanlar məyusdur sanki,
Qısmət acı, vidalar acı.
Xəzəllər də ağlar zəfəran,
Ürəyinə sükutu sancıb.
Bir baharlıq xöşbəxtlik tapsam,
Ağaclara verəydim kaş ki…
Köhnə dərdim, həsrətlərimdən
Payız sezdi, məni tanıdı.
* * *
Bu dəfə də gözlətdi payız,
Bu dəfə də tezcə töküldüm.
Bu dəfə də eyni hüznlə,
Bir sakit səs ilə oxundum.
Faş edlimiş ürək tək sakit,
Və ölümü bilmiş kimi can,
Pıçıldadı yarpaqlar haki:
“Gəlir yağış qoxusu səndən”.
Nə vaxtlar ki bu duyğunu mən
Axtararaq xəzəl içində.
Ey dərbədər, yetim bir fəryad,
Yenə sənə gəldim üz-üzə.
Nədim kədər, qədim iztirab,
Bəri tanış, bəri də əski.
Nə vaxt hesab verəcəksən payıza,
Məni şeirə çevirən sevgi?
Özbək dilindən uyğunlaşdıran: Rahmət Babacan