Advertisment

Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib.

QSC-dən Herbiand.az-a bildirilib ki, Bakı metrosunda sərnişinlər artıq gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər.

Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.

“Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb. Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib. NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq. Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür”, - deyə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.