Advertisment

Lavrov: Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə Rusiyanın cavabı hazırdır

Avropa qoşunları Ukraynada yerləşdirilərsə, Rusiya cavab verəcək.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib.

Onun sözlərinə görə, bu cavab artıq hazırdır.

Lavrov vurğulayıb ki, Avropa İttifaqı "ümidsiz siyasi korluq içində" Rusiyanı məğlub edə biləcəyi ilə özünü aldadır.