Tayland və Kamboca arasında artan sərhəd münaqişəsi fonunda, 10 dekabr çərşənbə gününə qədər yarım milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Herbiand.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, mülki əhali əsasən Buddist məbədlərində, məktəblərdə və digər təhlükəsiz yerlərdə sığınacaq tapırlar.
10 dekabrda Tayland Müdafiə Nazirliyinin sözçüsü yeddi əyalətdə 400 mindən çox sakinin sığınacaqlara aparıldığını bildirib. Kamboca Müdafiə Nazirliyinin məlumatına görə, 9 dekabr axşamına qədər 100 mindən çox insan təxliyə edilib.