Kral Hərbi Dəniz Qüvvələrinin “Lancaster” freqatı təxminən 34 illik döyüş xidmətindən sonra təntənəli şəkildə istismardan çıxarılıb.
Herbiand.az bildirir ki, Bəhreyndəki bazada gəminin mühərrikləri söndürülüb.
“Lancaster” 1990-cı ildə suya buraxılıb. Həmin zaman mərasimdə II Yelizaveta da iştirak edib. Freqat 1992-ci ilin mayında donanmanın ixtiyarına verilib.
Freqatın uzunluğu 133 metr, eni 16 metr təşkil edib. Ekipaj 185 nəfərdir. Silahlanmaya 114 mm top qurğusu, iki 30 mm artilleriya sistemi, “Harpoon” gəmi əleyhinə raketlər və iki 324 mm torpedo borusu daxil olub.
Bəxtiyar CƏFƏRLİ