Advertisment

"Müharibə veteranlarının məzuniyyət hüququ minimum 46 gün müəyyənləşdirilir" - Nazir müavini

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də məzuniyyət hüququna aiddir. Belə ki, layihədə 46 təqvim günündən az olmayaraq, məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Yeni dəyişikliyə görə, Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün verilməlidir.

Herbiand.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dekabrın 10-da keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

O bildirib ki, bu dəyişiklik dövlətimizin Vətənə xidmət etmiş bütün kateqoriyalara aid insanlara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir, onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır.