Xüsusi hərbi əməliyyat zonasında tapşırıqları yerinə yetirdikdən sonra bir qolu və iki ayaqlarını itirən “Vaqner” özəl hərbi şirkətinin yeni komandirinin video görüntüləri yayılıb.
Herbiand.az bildirir ki, “Salem” ləqəbli Dmitri Podolskinin görüntüləri TASS Telegram kanalında nümayiş olunub.
Agentlik tərəfindən yayımlanan görüntülərdə “Salem” protezlərlə məşq edir, avtomat və tapançadan atəş açır, turnikdə dartınır, boks torbasına zərbələr endirir. Podolski videoda deyib ki, yaralandıqdan sonra sağalmaq üçün səkkiz ay sərf edib və əgər boğaz yarası olmasaydı reabilitasiyanı daha tez başa vuracaqdı, çünki buna görə dörd əlavə əməliyyata ehtiyac olub.
Podolski 2023-cü ildə Artemovsk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası ilə döyüş zamanı yaralanıb.
Qeyd edək ki, Dmitri Podolskidən əvvəl “Vaqner”ə “Lotos” ləqəbli Anton Elizarov rəhbərlik edib. O, 2023-cü ildə Dmitri Utkin və Yevgeni Priqojinin təyyarə qəzasında həlak olmasından sonra şirkətə rəhbər təyin edilmişdi. Lakin 2024-cü ilin sonunda vəzifəsindən uzaqlaşdırılıb.
Bəxtiyar CƏFƏRLİ