Advertisment

Rusiya Şimal donanması Ka-27M helikopteri alıb

Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanması Ka-27M hərbi-dəniz helikopteri alıb. Nəqliyyat vasitəsinə Rusiyanın Əməkdar hərbi pilotu, general-mayor Nikolay Kuklevin adı verilib.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi donanmanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Helikopter Şimal donanmasının aviasiya tarixində ilk adlandırılmış maşın olub.

Bəxtiyar CƏFƏRLİ