Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turunun oyunları keçirəcək.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edəcək. Matç saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.
Ağdam təmsilçisi 1-ci turda "Benfika"ya (3:2), 2-ci turda "Kopenhagen"ə (2:0) qalib gəlib, 3-cü turda "Atletik"ə məğlub olub (1:3), 4-cü turda "Çelsi" ilə heç-heçə (2:2) edib, 5-ci turda isə "Napoli"yə uduzub (0:2).



