Avropa İttifaqı ölkələrinin səfirləri bu gün Belarusdan Litvaya kütləvi daxil olan hava şarları (meteozondlar) ilə bağlı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər.
Herbiand.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak “X”də bildirib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Cozvyak qeyd edib ki, səfirlər Belarusla bağlı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər və bu qərar gələn həftə xarici işlər nazirləri tərəfindən rəsmi olaraq təsdiqlənəcək.
Litvalı rəsmilərin sözlərinə görə, iyun ayından bəri Belarusdan Litvaya 315 hava şarı daxil olub, oktyabr ayında isə 71 hava məkanı pozuntusu ilə vəziyyət pik həddə çatıb.
Bildirilir ki, oktyabrdan dekabra qədər Litvanın iki ən böyük hava limanı – Vilnüs və Klaypeda aeroportları 15 dəfə fəaliyyətini dayandırmağa məcbur olub ki, bu da 320-dən çox reysə və 45 mindən çox sərnişinə təsir göstərib.