Advertisment

“Məsələ tamamilə həll olunana qədər bu istiqamətdə işlər davam etdiriləcək” - Simonyan

Ermənistan Milli Assambleyanın sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin geri qaytarılması məsələsinə toxunub.

Herbiand.az bildirir ki, Simonyan bu barədə erməni mətbuatına danışıb.

“Biz dəfələrlə demişik ki, bunu açıq müzakirə etmirik. Amma istər Azərbaycan tərəfi və ya beynəlxalq nümayəndələrlə, səfirlə, rəsmilərlə, səfərlər zamanı, söhbətlərdə elə bir görüş olmayıb ki, hərbi əsirlər və saxlanılanlar, həmçinin itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırılmasın”, - Simonyan bildirib.

O, əmin edib ki, məsələ tamamilə həll olunana qədər bu istiqamətdə işlər davam etdiriləcək: “Mən müsbət həllə doğru tendensiya görürəm”.

Bəxtiyar CƏFƏRLİ