Advertisment

İvanovo yaxınlığında qəzaya uğrayan təyyarənin pilotlarının gödəkçələri tapılıb

İvanovo vilayətində hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yerdə xilasedicilər yalnız pilotların gödəkçələrini tapa biliblər.

Herbiand.az bildirir ki, bu barədə İvanovoNews xəbər verir.

Nəşrin məlumatına görə, ekipaj üzvlərinin cəsədləri indiyə qədər tapılmayıb. Qəza yerinin yaxınlığında suda yalnız üç kişi gödəkçəsi görünüb.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə yerə düşən zaman guya 3 nəfər suya atılıb. Lakin bu versiya rəsmi olaraq təsdiqlənməyib.

Axtarışlar hava şəraiti yaxşılaşana qədər dayandırılıb.

Qeyd edək ki, An-22 “Antey” hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində qəzaya uğraması barədə məlumat dekabrın 9-da yayılıb. İlkin məlumata görə, təyyarədə yeddi ekipaj üzvü olub və heç biri sağ qalmayıb.

Bəxtiyar CƏFƏRLİ