Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Delfi İqtisadi Forumunda "Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması" mövzusunda panel müzakirəsində Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün əhəmiyyətini vurğulayıb.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti mlumat yayıb.
Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stanislav Sekryeru ilə birlikdə panel müzakirələrdə iştirak edən Armen Qriqoryan regional təhlükəsizlik barədə fikirlərini bildirib. Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi Azərbaycan və Ermənistan arasında əldə edilən sülhün qarşılıqlı etimada əsaslandığına əminliyini bildirib.
Qriqoryan həmçinin mövcud razılaşmaların həyata keçirilməsinə və yaranan iqtisadi imkanlara toxunaraq kommunikasiyaların açılmasının vacibliyindən danışıb.