Advertisment

“Təkbaşına səfərbərlik tapşırıqlarını tam yerinə yetirmək mümkün deyil” - Ukraynanın Milli polis rəisi

Milli polis səfərbərlik tapşırıqlarını müstəqil şəkildə üzərinə götürə bilmir və bunun səbəbləri var.

Herbiand.az xəbər verir ki, bunu Ukraynanın Milli polis rəisi İvan Vıqovski RBC-Ukraynaya verdiyi müsahibədə bildirib.

Rəis qeyd edib ki, polis səfərbərlik tapşırıqlarını təkbaşına tam yerinə yetirə bilməyəcək: “Bir sıra səbəblərə görə - Milli polisdə ciddi kadr çatışmazlığı var və müharibə səbəbindən əlavə funksiyalar yaranıb”.

Vıqovski xatırladıb: “Belə bir deyim var - müharibə hər şeyi siləcək, lakin bu, polisə aid deyil. Biz həmişə ictimaiyyətin diqqət mərkəzindəyik və həmişə yüksək nüfuz uğrunda çalışmışıq. Müharibə bitdikdən sonra əhali ilə işləməyə davam etmək məhz bizim öhdəmizə düşəcək”.

Bəxtiyar CƏFƏRLİ