Advertisment

“Rusiya və Ukrayna arasında danışıqları davam etdirmək üçün çalışırıq” – ƏRDOĞAN

Türkiyə, ABŞ və İsrailin 28 fevralda İranla müharibəsinin başlamasından bəri faktiki olaraq dondurulmuş Rusiya və Ukrayna arasında sülh danışıqlarını bərpa etmək üçün səylər göstərir.

Herbiand.az Türkliyə mənbələrinə istinadən xəbər veriur ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü, 22 apreldə Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib.

Türkiyə Prezidenti administrasiyasının görüşlə bağlı yaydığı məlumatda deyilir: "Ərdoğan bildirib ki, biz, Türkiyə, Ukrayna ilə Rusiya arasındakı müharibənin sülh yolu ilə bitməsində maraqlıyıq və danışıqları bərpa etmək və liderlər səviyyəsində dialoqa başlamaq üçün çalışırıq".

Türkiyə lidertinin mətbuat xidməti Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə telefon danışığı barədə də məlumat verib. Söhbət zamanı Türkiyə lideri, digər məsələlərlə yanaşı, ABŞ və İsrailin İrana qarşı müharibəsinin "Avropanı zəiflətməyə başladığını" qeyd edib. Bu baxımdan, o, Ukraynadakı müharibədən də bəhs etdi: "Prezident Ərdoğan bildirib ki, Türkiyə, İranla olduğu kimi, Ukrayna ilə Rusiya arasındakı müharibədən sonra münaqişəyə danışıqlar yolu ilə son qoymaq və davamlı sülhə nail olmaq üçün səylər göstərir".