Rusiyada yeni dron hazırlanıb. “Meridian” adlanan perspektivli amfibiya pilotsuz uçuş aparatı suda sınaqdan keçirilməyə hazırlaşır.
Herbiand.az bildirir ki, model 20-22 aprel tarixlərində Daşkənddə keçirilən “Innoprom. Central Asia” beynəlxalq sənaye sərgisində təqdim olunub.
Forumda 1:5 miqyaslı model nümayiş etdirilib.
“Meridian”-ın əsas missiyası 700 kq-a qədər ağırlığında yükü Arktika və Uzaq Şərq də daxil olmaqla, çətin gedilən bölgələrə daşımaqdır. Amfibiya təyyarəsi həmçinin, il boyu quru, su və buz şəraitini izləmək qabiliyyəti sayəsində ətraf mühitin monitorinqini apara və ətraf mühitdəki dəyişiklikləri proqnozlaşdıra biləcək.
Aparat həm mövcud uçuş-enmə zolaqlarında, həm də qrunt səthlərdə və suda qalxıb-enə biləcək.
Bəxtiyar CƏFƏRLİ