İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqədə təqsirli bilinən Sultan Əli Şirzadi Fəxr edam olunub.
“Mizan” agentliyinin məlumatına görə, o, uzun illər müxalif “Mucahidin-e-Xəlq” təşkilatının üzvü olub və müxtəlif sahələrdə bu qrupla geniş əməkdaşlıq edib.
Bildirilib ki, Sultan Əli Şirzadi Fəxr İrana qarşı terror əməliyyatlarında iştirak etdiyini etiraf edib.