Advertisment

18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.

Herbiand.az xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini qəbul edərək dövlət müstəqilliyini elan edib və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini yeni mərhələyə daşıyıb.

Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət müsəlman Şərqində demokratik idarəçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz öz müstəqilliyini bərpa edib.

Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirən dövlət kimi tanınır.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycanın suverenliyini möhkəmləndirərək regionda yeni reallıqların yaranmasına və ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.

Aydın

Herbiand.az