Moldova Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarından birini arzuolunmaz şəxs elan edərək ölkədən çıxarmaq niyyətindədir.
Herbiand.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qərara səbəb ölkənin hava məkanının pozulması və Teleneşti rayonunun Kiştelniça kəndində pilotsuz uçuş aparatının (PUA) yaşayış evindən təxminən 100 metr aralıda yerə düşməsi olub.
Moldova XİN hadisəni qınayaraq diplomata qarşı müvafiq tədbir görüləcəyini açıqlayıb.
Oktyabrın 1-də də Moldova ərazisinə naməlum dronların düşməsi ilə əlaqədar Rusiyanın ölkədəki səfiri Oleq Ozerov Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya səfiri isə Moldova ərazisinə düşən dronların Rusiya mənşəli olduğunu təsdiqləyən sübutun təqdim edilmədiyini bildirib.
Aydın