Rusiya paytaxtı Moskvanın Şeremetyevo hava limanında hava həyəcvanı elan edilib. Herbiand.az xəbər verir ki, buna səbəb pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi olub.
Hava limanından verilən məlumata görə, bütün istiqamətlərə uçuşlar və təyyarə qəbulu müvəqqəti dayandırılıb, sərnişinlərdən sakitliyi qorumaq və dərhal yaxınlıqdakı təhlükəsiz ərazilərə, eləcə də sığınacaqlara keçmək xahiş olunub.
Hava limanının əməkdaşları sərnişinlərin təxliyəsinə kömək edib və vəziyyətlə bağlı məlumat veriblər. Sərnişinlərə liftlərdən istifadə etməmək, təyyarələrin göyərtəsində qalmamaq, pəncərələrdən və şüşə konstruksiyalardan uzaq durmaq, foto və video çəkiliş aparmamaq, həmçinin aşkar edilmiş dronlara və onların qalıqlarına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Aydın