Ukrayna hazırda yeni buraxılış sistemlərindən daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərə ehtiyac duyur.
Herbiand.az xəbər verir ki, bu açıqlamanı Ukrayna Prezidenti Vladimir Zelenski Niderlandın Buitenhof siyasi proqramında verib.
Prezidentin sözlərinə görə, təchizat məsələsi Niderlandın Baş naziri Rob Yetten ilə müzakirə olunub, lakin indi diqqət sursata yönəlib: “Əlbəttə ki, biz bunu çox istəyirik. Amma hazırda sistemlərdən danışmırıq, biz raketlərdən danışırıq. Sistemlər vacibdir, amma bu gün raketlər daha vacibdir”.
Zelenski etiraf edib ki, Ukrayna qışda dəfələrlə hava hücumundan müdafiə raketlərinin çatışmazlığı ilə üzləşib: “Bu qış bir neçə dəfə sistemlərimiz olub və bəzən onlar boş qalıb”.
Bəxtiyar CƏFƏRLİ