Advertisment

“10-dan çox kasıb ölkə xahiş etdi ki...” - ABŞ maliyyə naziri

ABŞ kasıb ölkələrin xahişi ilə Rusiya neftinin satışına icazə verən sanksiya güzəştini uzadıb.

Herbiand.az bildirir ki, bu açıqlamanı ABŞ maliyyə naziri Skott Bessent verib.

Onun sözlərinə görə, 10-dan çox kasıb ölkə lisenziyanın uzadılması ilə bağlı ABŞ-a müraciət edib. Bu, ötən həftə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz görüşləri zamanı baş verib.

Qeyd edək ki, Bessent ötən həftə Vaşinqtonun Rusiya neftinə qarşı sanksiya güzəştinin uzadılmayacağını bildirmişdi. Lakin cümə günü ABŞ Maliyyə Nazirliyi lisenziyanın daha 30 günlük uzadılmasını elan edib.

Bəxtiyar CƏFƏRLİ