İran Rusiya ilə Buşehr Atom Elektrik Stansiyasında yeni blokların tikintisi ilə bağlı təmasdadır.
“Fars”ın xəbərinə görə, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
“Ümidvarıq ki, Buşehr AES-də yeni blokların tikinti prosesi daha sürətlə həyata keçəcək. Rusiya ilə daimi təmasdayıq və rusiyalı mütəxəssislərin bu AES-də öz fəaliyyətlərini icra edə biləcəkləri şəraitin yaranmasına ümid edirik”, - Cəlali bildirib.
Qeyd edək ki, Buşehr AES-in bəzi hissələri ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində zədələnib və rusiyalı mütəxəssislərin əksəriyyəti oradan təxliyə edilib.