Aİ liderləri Rusiyaya qarşı 21-ci sanksiya paketi üzərində işi fəal şəkildə iş aparır və əvvəlki bir sıra sanksiyaların qırmızı xətlərini aradan qaldırmağa çalışırlar.
Herbiand.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə komissarı Kaja Kallas qeyri-rəsmi Aİ sammitinə gələrkən bildirib.
"İndi biz həmçinin müəyyən sanksiyaların qəbul edilməsinə mane olan əvvəlki qırmızı xətləri nəzərdən keçirməli və başqa nə edilə biləcəyini nəzərdən keçirməliyik. Liderlər həqiqətən də 21-ci sanksiya paketi üzərində işlərin davam etdirilməsinə fəal şəkildə çağırırlar" - deyə Kallas bildirib.