Ukrayna ordusu güclü zərbə qrupları yarada və cəbhədə əks-hücum əməliyyatı apara bilmir, çünki Rusiya qüvvələri Ukraynanın hərbi logistik infrastrukturuna zərbələr endirir.
Herbiand.az bildirir ki, bu açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Böyük Britaniyada səfir işləyən Valeri Zalujnı verib.
“Ruslar (...) hesab edirəm ki, birtəhər daha sürətli işləməyə və daha sürətli miqyas almağa çalışırlar. Onların logistikaya zərbələri hücuma başlamaq üçün hər hansı bir zərbə qrupu yaratmağımızı qeyri-mümkün edir”, - Zalujnı Kiyev dövlət idarəetmə məktəbində çıxışı zamanı deyib.
Bundan əlavə, o, Ukraynanın hərbi və siyasi rəhbərliyinin bəzi üzvlərinin açıqlamalarını sərt şəkildə tənqid edərək, Ukrayna Silahlı Qüvvələrinin guya Rusiya qoşunları ilə döyüşlərdə mövqeləri geri aldığı barədə iddiaları yalan adlandırıb. Keçmiş hərbi komandir bu məlumatı kimin yaydığını dəqiqləşdirməyib, lakin oxşar açıqlamalar əvvəllər prezident Vladimir Zelenski və hazırkı Ukrayna Baş Komandanı Aleksandr Sırski tərəfindən verilib.
“Buna görə də, hesab edirəm ki, indi orada nəsə qazanmağımız tamamilə cəfəngiyatdır, bu, bir az qəribə görünür, bu gün praktik olaraq mümkün deyil”, - Zalujnı əsəbi halda deyib.
Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hazırkı vəziyyətinə gəldikdə, səfir hesab edir ki, o, “stabil pis” olaraq qalır.
Bəxtiyar CƏFƏRLİ