Qərb kəşfiyyat orqanları hesab edir ki, Çinlə əlaqəli hakerlər dünya miqyasında ev cihazlarına daxil olur və sonra dövlət qurumlarına, vacib infrastruktura hücum edirlər. Pekin ittihamları rədd edir.
Herbiand.az bildirir ki, bu barədə Financial Times (FT) qəzeti yazıb.
Məlumata görə, Çin hökuməti adından hərəkət edən hakerlər Qərb ölkələrinin infrastrukturuna və müxtəlif strukturlarına kiberhücumlar etmək üçün müntəzəm olaraq qırılmış cihaz şəbəkələrindən (ev routerləri və “ağıllı” soyuducular) istifadə edirlər. Belə qənaətə təhlükəsizlik qurumları, həmçinin “Beş göz” kəşfiyyat alyansında iştirak edən ölkələr gəliblər. Bu, ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliya arasında siqnal kəşfiyyat məlumatlarını paylaşan alyansdır.
Nəşrdə qeyd edilir ki, Pekinin kiber taktikadakı “əhəmiyyətli dəyişikliyi” onunla əlaqəli hakerlərin müəyyən edilməsini olduqca çətinləşdirib. Eyni zamanda, Almaniya, Niderland, İspaniya, İsveç, Yaponiya və “Beş göz” ölkələrinin kəşfiyyat xidmətlərinin birgə bəyanatına görə, hakerlərin məxfi məlumatları oğurlamaq və infrastruktura müdaxilə etmək cəhdləri daha uğurlu ola bilər.
Çinin internet routerləri və digər internetə qoşulan cihazlar kimi dünya miqyasında on minlərlə ev cihazını haker hücumuna məruz qoyduğu deyilir. Kəşfiyyat rəsmisi nəşrə bildirib ki, bu cihazlar daha sonra “bir-birinə zəncirlənə” bilər və bu da hakerlərə uğurlu kiberhücumlar həyata keçirməyə imkan verir.
Bəxtiyar CƏFƏRLİ