ABŞ ordusu mövcud atəşkəsin pozulması halında Hörmüz boğazında İran qüvvələrinə qarşı zərbələr üçün yeni planlar hazırlayır.
Herbiand.az xəbər verir ki, bu barədə CNN bir neçə məlumatlı mənbəyə istinadən xəbər verib.
Nəzərdən keçirilən variantlar arasında Hörmüz boğazında, Fars körfəzində və Oman körfəzində kiçik sürət gəmilərinə, mina qurğularına və digər İran asimmetrik qüvvələrinə qarşı hədəf zərbələri də var ki, Tehran bu strateji su yollarını bağlamaq üçün bundan effektiv şəkildə istifadə edib. CNN qeyd edir ki, İran həmçinin gəmilərə hücum edə bilən çoxsaylı kiçik gəmilərə malikdir ki, bu da ABŞ-ın boğazı açmaq səylərini daha da çətinləşdirir.
"Əməliyyat təhlükəsizliyi səbəblərinə görə, gələcək və ya hipotetik əməliyyatları müzakirə etmirik. ABŞ ordusu prezidentə seçimlər təqdim etməyə davam edir və bütün variantlar masada qalır", - deyə ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib.