Advertisment

Rusiya ordusu Odessanı vurdu

Rusiya qüvvələri bazar ertəsinə keçən gecə Odessaya daha bir iri miqyaslı PUA hücumu həyata keçirib.

Herbiand.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, bir neçə bina, mülki infrastruktur və nəqliyyat vasitələri zədələnib. İlkin məlumata ghörə, şəhərə təxminən 50 pilotsuz təyyarə ilə hücum olub.

Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, pilotsuz təyyarələrin qəzaları nəticəsində şəhərin bir neçə rayonunda lokal yanğınlar baş verib: "İki yaşayış binası, bir otel, anbarlar və nəqliyyat vasitələri daxil olmaqla mülki infrastruktura dəyən ziyan qeydə alınıb".

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak da öz növbəsində hücumda ən azı 13 nəfərin yaralandığını bildirib. Hakimiyyət orqanları ilk zərbə dalğası barədə məlumat verdikdən qısa müddət sonra bölgədə hava hücumu xəbərdarlığı bərpa edilib.