İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Herbiand.az ISNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
Cəlali bildirib ki, görüş aprelin 27-də keçiriləcək. O əlavə edib ki, Əraqçi İran sülh danışıqlarının vəziyyətini, atəşkəsi və vəziyyətin inkişafını Rusiya rəsmiləri ilə müzakirə edəcək.
“İnterfaks” xəbər agentliyinin məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün planlaşdırıldığını təsdiqləyib.