Pilotsuz sistemlər qoşunlarına daxil olmaq istəyənlər üçün müqavilələr bir ildən üç ilə qədər müddətə imzalanır.
Herbiand.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi müqavilə çərçivəsində hərbi xidmət müddəti ilə bağlı təfərrüatları açıqlayıb.
Rusiya Silahlı Qüvvələrinin baş hərbi-siyasi idarəsinin rəisi Viktor Qoremiki izah edib ki, pilotsuz sistemlər qoşunlarına daxil olan vətəndaşlarla müqavilələr bir, iki və ya üç il müddətinə imzalanır: “Müqavilənin müddəti namizədin seçimindən asılıdır. Müqaviləni imzalamaq üçün hər hansı bir məcburiyyət istisnadır. Könüllülük prinsipi əsasdır”.
Bəxtiyar CƏFƏRLİ