Advertisment

2024-cü ildən qaçaq olan qadın ventilyasiya sistemində tapılıb

ABŞ sakini Kayla Makkenzi iki illik axtarışdan sonra həbs edilib.

Herbiand.az bildirir ki, bu barədə People xəbər verir.

20 apreldə polisə 2024-cü ildən qaçaq olan qadının Corciya ştatının Moultri şəhərindəki bir evdə gizləndiyi barədə məlumat daxil olub. Evə gələn polis qadını yerdəki ventilyasiya dəliyində tapıb.

Makkenzi cinayət əməlində ittiham olunur. Şerif bildirib ki, o, məhkəmənin hökmü ilə bağlı ittihamlarla üzləşəcək.

Bəxtiyar CƏFƏRLİ