Ötən əsrin ortalarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) şimali koreyalı hərbi əsirlər üzərində zehni idarəetmə üzrə təcrübələr aparıb.
Herbiand.az bildirir ki, bu barədə The Intercept nəşri açıqlanmış agentlik sənədlərinə istinadən məlumat verib.
Məlumata görə, təcrübələr MKİ-nin 1950-ci və 1960-cı illərdə insan psixikasını idarə etmək üçün narkotik istifadəsinin potensialını öyrənmək məqsədilə apardığı Amerika MK-Ultra proqramının bir hissəsi kimi həyata keçirilib. Qeyd olunur ki, şimali koreyalı hərbi əsirlərə poliqrafiya testləri aparılıb, həmçinin invaziv təcrübələr də planlaşdırılıb.
ABŞ-dan əlavə, Koreya yarımadasının özündə və Yaponiyada da təcrübələr aparılıb. Bu təcrübələr zamanı hərbçilər əsirlər üzərində təcrübələr aparmaq üçün poliqrafiya operatorundan, psixiatr və psixoloqlar qrupundan istifadə ediblər.
Bəxtiyar CƏFƏRLİ