Advertisment

Oğurlanmış taxılın İsraildə qəbul edilməməsinə Ukraynadan reaksiya

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən qanunsuz olaraq taxıl daşıyan Panormitis gəmisinin İsraildə yük boşaltmaması qərarı müsbət addımdır.

Herbiand.az xəbər verir ki, bunu xarici işlər naziri Andriy Sybiha X-də yazıb.

Nazir bununla bağlı çağırış edib: "Bu, bütün digər gəmilərə, kapitanlara, operatorlara, sığortaçılara və hökumətlərə açıq bir siqnaldır: oğurlanmış Ukrayna taxılını almayın. Bu cinayətdə iştirak etməyin".

Sybiha əlavə edib ki, Ukrayna bu gəmini izləməyə davam edir və hər kəsi onunla hər hansı bir əməkdaşlıqdan çəkindirir.