Ukraynaya tammiqyaslı işğaldan əvvəl belə, Rusiyanın işğal ordusunun arsenalında dəniz hücum dronları var idi, lakin o, donanmasına güvənirdi.
Herbiand.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib.
O, 2022-ci ildən bəri Rusiyanın bu cür dronlardan istifadəsinin geniş olmadığını qeyd edib: "Uğurlu istifadənin bir neçə nümunəsi var, amma miqyasda heç bir artım görmürük. Bunu real təhlükə hesab edirikmi? Bəli, hesab edirik. Biz bu cür hücumları dəf etməyə hazırlaşırıq və uğurla edirik. Nəzərə alsaq ki, bu dron əvvəlcədən aşkar edilib. Digər tərəfdən, Rusiya daha çox kamikadze hava dronlarına güvənir, xüsusən də mülki gəmilərə zərbələr endirmək üçün".
Pletençuk vurğulayıb ki, ruslar dəniz dronları baxımından Ukrayna Silahlı Qüvvələrindən geri qalırlar və müvafiq texnologiyalar daim inkişaf etdiyi üçün onlara çatmaq çətindir.
HDQ-nin sözçüsü izah edib ki, ruslar Ukraynaya tammiqyaslı hücum planlaşdırarkən Qara dəniz donanmasına güvənirdi: “Düşmən kifayət qədər dəniz qüvvələri olmayan Ukrayna Silahlı Qüvvələrinin yeni texnologiyalarını bu qədər inkişaf etdirəcəyini gözləmirdi. Bu, düşmənə qarşı cavabımız idi”.
Bəxtiyar CƏFƏRLİ