Advertisment

ABŞ İranı hipersəs raketlə vura bilər

ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqə ən son “Dark Eagle” hipersəs raketlərini yerləşdirmək üçün icazə istəyib. Bu silahlar İran ərazisinin dərinliklərində yerləşən hipersəs raket buraxıcılarını vurmaq üçün istifadə edilə bilər.

Herbiand.az xəbər verir ki, bu məluumatı Bloomberg yayıb.

Məluamtda deyilirki, əgər icazə verilərsə, bu, bir ilk olacaq.

Agentlik xatırladır ki, ABŞ-dan əvvəl Rusiya və Çin artıq özlərinin tam əməliyyat qabiliyyətli hipersəs raketlərini yerbəyer edib.

Məlumatlı mənbə “Bloomberg”-ə izah edib ki, “Dark Eagle” raketlərinin Yaxın Şərqdə yerləşdirilməsi İranın raket buraxıcılarını Dəqiq Zərbə Raketinin (PrSM) mənzilindən kənar əraziyə köçürməsi ilə əsaslandırılıb.

ABŞ Mərkəzi Komandanlığı məsələ ilə bağlı şərh verməkdən imtina edib.