Advertisment

“Xüsusi Hərbi Əməliyyatı başa çatdırmaq üçün ön və arxa cəbhədə çox iş görmək lazımdır” - Medvedev

Ukraynada xüsusi hərbi əməliyyatı başa çatdırmaq üçün Rusiyanın ön və arxa cəbhədə çox iş görməsi lazımdır.

Herbiand.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, vurğulayıb ki, əksər ruslar qələbəni və xüsusi hərbi əməliyyatın  başa çatmasını gözləyir: “Bu məqsədlərə çatmaq üçün hələ çox iş görülməlidir. Rusiyanın sabitliyi və təhlükəsizliyi xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaqla birbaşa bağlıdır. Məqsədlər əvvəlki kimi qalır, lakin bütün bu məqsədlərə çatmaq üçün sabitlik və təhlükəsizlik lazımdır, bunlara isə yalnız xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq şərtilə nail olmaq olar”.

Medvedev qeyd edib ki, xüsusi hərbi əməliyyat zonasında qələbə ölkənin tamamilə proqnozlaşdırıla bilən ssenariyə uyğun inkişaf etməsinə imkan verəcək: "Rusiya vətəndaşlarının özləri də məhz bunu gözləyirlər, o cümlədən gəlir artımı, mənzil və demoqrafik problemlərin həlli, səhiyyə məsələləri və təhsil sistemi".

Bəxtiyar CƏFƏRLİ