May ayının 1-3 tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində intellektual oyunlar üzrə “Moldova Open - 2026” turniri keçiriləcək.
Herbiand.az xəbər verir ki, beynəlxalq turnirin üç günlük proqramında “Nə? Harada? Nə zaman?”, “Fərdi oyun” və “Dostluq Kuboku” kimi komanda oyun növləri üzrə medal dəstləri oynanılacaq.
13 ölkədən 40-dan çox komandanın iştirak edəcəyi turnirdə Azərbaycanı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Atəşgah" klubunun "Kubus Pukhatek" komandası təmsil edəcək.
Komandanın tərkibinə Fərid Vəlizadə, Sara Salayeva, Nikita Kabalnov, Ləman Əhmədova, Anna Qauzer, Aslan Vəlizadə və Marina Kalmıkova (komandanın kapitanı) daxildir.
“Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qədim intellektual oyunıar klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.