Advertisment

113 nömrəli məktəbdə "Oxuyan nəsil, güclü gələcək" adlı tədbir keçirilib - FOTO

Aprelin 25-də Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta ümumtəhsil məktəbində "Oxu günü"nə həsr olunmuş "Oxuyan nəsil, güclü gələcək" adlı maarifləndirici tədbir keçirilib.

Herbiand.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi ilə yanaşı, digər ümumtəhsil müəssisələrinin direktor və müavinləri qonaq qismində iştirak ediblər.

İlk öncə məktəbin direktoru Gültəkin Rüstəmova tədbiri açaraq qeyd edib ki, burada əsas məqsəd şagirdlərdə mütaliəyə marağı artırmaqdır:

“Kitab insanı zənginləşdirən, düşüncəsini formalaşdıran və gələcəyə aparan ən etibarlı mənəvi sərvətdir. Ona sevgisini aşılamaq və oxu mədəniyyətini formalaşdırmaqdır”.

Sonra qonaqlar da öz çıxışlarında şagirdlərin nitq mədəniyyətinin, dünyagörüşünün və yaradıcılıq qabiliyyətinin inkişafında bu cür tədbirlərin mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra şagirdlər Azərbaycan və dünya ədəbiyyatının seçilmiş nümunələri əsasında hazırladıqları səhnəciklər təqdim ediblər. Müxtəlif əsərlərdən parçalar səsləndirilib, sevdikləri kitablar haqqında fikirlərini bölüşüblər. Bədii kompozisiyalar vasitəsilə kitabın insanın mənəvi inkişafındakı rolu, mütaliənin şəxsiyyətin formalaşmasına təsiri xüsusi vurğulanıb.

Şagirdlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Sonda məktəb rəhbərliyi tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.

Tədbir hər kəsdə xoş təəssürat yaradaraq, oxu mədəniyyətinin təbliği istiqamətində uğurlu addımlardan biri kimi yadda qalıb.