Advertisment

Rusiyada hipersəs silahı ekspertlərinə məhkəmə 12.5 il həbs cəzası verdi

Rusıyada Novosibirsk məhkəməsı fiziklər Valeri Zvegintsev və Vladislav Qalkini dövlətə xəyanət ittihamı ilə 12,5 il müddətinə azadlıqdan məhrum edib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, 2024-cü ildə başlayan məhkəmə prosesi qapalı keçirilib. Hökm qüvvəyə minənə qədər təqsirləndirilən şəxslər ev dustaqlığında qalacaqlar.

Rəsmi ittihamlar açıqlanmayıb.

"Kommersant" qəzeti iddia edir ki, iş onların xarici jurnalda qaz dinamikası ilə bağlı birgə məqaləsindən qaynaqlanır.

Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Xristianoviç adına Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (ITAM) elmi işçisi və Yüksək Sürətli Aeroqazdinamika laboratoriyasının təsisçisi Valeri Zvegintsev 2023-cü ilin aprelində həbs edilib. Tomsk Politexnik Universitetinin dosenti və Zvegintsevin daimi həmmüəllifi Vladislav Qalkin həmin ilin sonunda həbs edilib.