Advertisment

Braziliya Leopard 1A1 tanklarını istismardan çıxarıb

Braziliya Silahlı Qüvvələri 1987-ci ildən bəri xidmətdə olan Leopard 1A1 tanklarının istismardan çıxarılması prosesini rəsmi olaraq başa çatdırıb.

Herbiand.az bildirir ki, həmin vaxt Almaniyadan 120-dən çox istifadə olunmuş döyüş maşını sifariş edilmişdi.

Mütəxəssislərin sözlərinə görə, 2014-cü ilə qədər Braziliyada rəsmi olaraq 128 Leopard 1A1 tank xidmətdə idi, lakin 2020-ci ilə qədər bu rəqəm 41-ə enib.

Leopard 1A1-in istismardan çıxarılması 2010-cu illərin ikinci yarısında başlayıb. Bəzi tanklar təlim vasitələrinə çevrilib, digərləri isə ehtiyat hissələr kimi istifadə edilib. Son addım isə texnikaların utilizasiyası olub.

Tankların az bir hissəsi isə tarixi nümunələr kimi qorunub saxlanılıb.

Bəxtiyar CƏFƏRLİ