Advertisment

Biz çox yaxşı başa düşürük... – Ararat Mirzoyan

Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil. Biz çoxsaylı əlaqələrə malik tərəfdaşıq və konstruktiv dialoqa və bu qarşılıqlı faydalı münasibətlərin sağlam mühitdə inkişafına sadiqik".

Herbiand.az erməni mənbələrnə istanadən xəbər verir ki, bunu  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dünyada bütün digər münasibətlərdə olduğu kimi burada da problemlər mövcuddur, lakin həll yolları konstruktiv müzakirələr yolu ilə tapılmalıdır.

Mirzoyan həmçinin ikitərəfli münasibətlərdə bir-birinin müstəqil qərarlar qəbul etmək hüququna hörmət etməyin vacibliyini vurğulayıb. "Biz çox yaxşı başa düşürük və bizə Rusiyanın Avrasiya İqtisadi Birliyinə üzvlüyün və AI-na üzvlüyün bir-biri ilə uyğun gəlmədiyini demək hüququ yoxdur. AİB-də qalmaq və eyni zamanda AI-da üzvü olmaq mümkün deyil. Biz AI ilə yaxınlaşmağa davam edəcəyik və bir və ya digər ölkələr qrupunun ailəyə qoşulub-qoşulmayacağına qərar vermək vaxtı gələndə bu qərarı verəcəyik".