Advertisment

Ukraynada səfərbərlik yaşı yalnız bu halda yenidən nəzərən keçirilə bilər

Prezident Administrasiyası səfərbərlik yaşının azaldılması və gənclərin xaricə səyahətinin məhdudlaşdırılması məsələsinin hələlik risk qiymətləndirmə səviyyəsində müzakirə olunmadığını bildirib.

Herbiand.az bildirir ki, bu açıqlamanı Ukrayna Prezidenti Ofisinin rəis müavini və briqada generalı Pavel Palisa YouTube-da Kanal 24-ə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, səfərbərlik yaşının azaldılması və 18-24 yaşlı kişilərin xaricə səyahətinin məhdudlaşdırılması məsələsi aktual deyil: "Hər şey cəbhədəki vəziyyətdən asılı olacaq, lakin hazırda bu məsələ nəzərdən keçirilmir, hətta risk qiymətləndirmə səviyyəsində qaldırılmır".

General əmin edib ki, qadınları hərbi xidmətə məcbur etmək planlaşdırılmır: "Xeyr, hazırda qadınları hərbi xidmətə cəlb etmək barədə söhbət getmir. Bu, könüllü işdir. Qadınlar da kişilər kimi, ümumi şərtlərlə müqavilə imzalaya bilərlər".

Bəxtiyar CƏFƏRLİ